Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Esse yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olub.
Müsabiqədə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri iştirak edib. Həmin siniflərdə Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərin Xocalı Soyqırımı barədə esse nümunələrini ingilis dilində, rus bölməsi üzrə X-XI siniflərdə təhsil alan şagirdlərin isə Azərbaycan dilində yazmaları tələb olunub.
Nəticələrə uyğun olaraq I yerə layiq görülən şagirdlər təşəkkürnamə və hədiyyə ilə təltif olunublar.