27.02.2022

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

 

Yarımfinal turunda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə IX, X və XI siniflərdən ümumillikdə 432 nəfər şagird iştirak edib.  Qeyd edək ki, yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,  ,