“Sağlamlıq imkanları məhdud uşaqlarla işin təşkili” mövzusunda görüş keçirilib.
Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz, xüsusi təhsil eksperti Şəms Verdiyeva və GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla çalışan müəllimlər iştirak ediblər.
Görüşdə sağlamlıq imkanları məhdud uşaqların inkişafının qiymətləndirilməsi, xüsusi təhsil ehtiyaclarından asılı olaraq təhsilalanlara ayrı-ayrı fənlərin tədrisi məsələləri, həmçinin sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması, onlarla korreksiya-inkişafetdirici iş prosesində kompleks yanaşmanın təşkili qaydaları və tərkib hissəsi kimi valideynlərlə birgə işin təşkili məsələləri barədə danışılıb.