Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə idman həftəsi ilə əlaqədar "Kim? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.
Yarışda Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, məktəbin direktoru və müəllim kollektivi iştirak ediblər. Yarışda məşhur idmançılar və müxtəlif idman növləri ilə bağlı suallar səsləndirilib.
Qeyd edək ki, 28 fevral – 4 mart 2022-ci il tarixlərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. İdman həftəsinin keçirilməyində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.