Ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.
Müsabiqə iştirakçıları təqdim olunmuş 10 mövzudan biri əsasında videotəqdimatla çıxış edəcəklər.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.
“Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2022-ci ilin mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.
Qeyd edək ki, iştirakçıların çıxışı hər bir meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndiriləcək.