05.03.2022

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Zoom” platforması üzərindən onlayn formatda görüş keçirilib.

 

Görüşdə GəncəŞəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Millət vəkili Müşfiq Cəfərov, GŞTİ-nin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayaraq qadınların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd ediblər.


Açar sözlər: ,  ,