07.03.2022

M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin "Xarıbülbül" komandası Respublika üzrə I yerə layiq görülüb

Martın 6-da keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışında Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin "Xarıbülbül" komandası Respublika üzrə I yerə layiq görülüb.

 

Qeyd edək ki, onlayn formatda məktəblilərarası “Nə? Harada?Nə zaman?” yarışması V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.

 

Bu oyunların keçirilməsində əsas məqsəd uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, onların bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


Açar sözlər: ,