12.03.2022

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

Martın 12-də təhsil naziri Emin Əmrullayev Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  Pandemiya qaydalarına uyğun olaraq həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

 

Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.


Açar sözlər: ,  ,