Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev respublika fənn olimpiadalarının final mərhələsində iştirak üçün vəsiqə qazanan şagirdlərlə görüşüb.
Görüşdə şagirdlərlə fənn olimpiadası barədə söhbət aparılıb. A.Qədiməliyev qalibləri təbrik edərək, onlara final mərhələsində uğurlar arzulayıb. Finala hazırlıqla bağlı şagirdlərin qayğıları ilə maraqlanıb.