31.03.2022

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Təhsil müəssisələrində 31 mart soyqırımına həsr  olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Bundan başqa Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib. Təhsil müəssisələrində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” və digər mövzularda konfrans, mühazirə, toplantı, “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

 

Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib. Eyni zamanda təhsil müəssisələrində 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli və bədii filmlər də nümayiş etdirilib.

 

Qeyd olunub ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.


Açar sözlər: ,  ,