30.03.2022

“Bir müəllimin manifesti” proqramı iştirakçısı olan Ləman Həsənova təhsil işçiləri ilə görüş keçirib

Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru Ləman Həsənova “Bir müəllimin manifesti” proqramı çərçivəsində əldə etdiyi təcrübəni bölüşmək məqsədi ilə təqdimat ilə çıxış edərək, öz təcrübəsini həmkarları ilə bölüşüb.

 

Qeyd edək ki, ötən ilin oktyabr ayının 1-dən fəaliyyətinə start verilən “Bir müəllimin manifesti” adlı təhsil proqramına 20 ucqar rayon məktəblərindən seçilən 24 müəllim və 14 nəfər direktor olmaqla 38 iştirakçı ilə başlanılıb.

 

Proqram iştirakçılar ilk olaraq 16 nəfərlik qrupla 8 həftəlik proqramla ABŞ-da olublar. Təlimlərdə idarəetmə, liderlik, dərs planlama, ABŞ kurikulumu azərbaycanlı və xarici professorlar tərəfindən keçirilib.


Açar sözlər: ,