Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin şəhər mərhələsində iştirakçılar təqdim olunmuş mövzulardan biri əsasında videotəqdimatla çıxış ediblər. İştirakçıların çıxışı hər meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndirilib. Şəhər mərhələsinin nəticəsinə uyğun olaraq 2 videotəqdimat ölkə mərhələsi üçün uyğun hesab edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.