05.04.2022

Aprel zəfərinin altıncı ildönümünə həsr olunmuş tədbirlər keçirilir

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Aprel zəfərinin altıncı ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

 

Belə ki, təhsil müəssisələrində 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan tədbirlər, konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

 

Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də  aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib.


Açar sözlər: ,  ,