Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Məmmədəliyeva "Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edir.
Qeyd edək ki, “Bir müəllimin manifesti” proqramının məqsədi müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini artırmaq və müəllimlərimizin özünə olan inamını gücləndirməkdən ibarətdir. Proqram iştirakçısı olan müəllimlər Vaşinqtona getməzdən əvvəl üç ay intensiv şəkildə ADA Universitetinin müəllimləri tərəfindən tədris edilən ümumi ingilis dili dərslərinə qoşularaq, dil səviyyələrini daha da artırırlar.