Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, "Superfon" şirkəti və "İnnovativ Müəllimlər Birliyi"nin dəstəyi ilə ümumi təhsil məktəblərinin V-VIII sinif şagirdlərinin iştirakı ilə "Gəlin birgə oxuyaq" müsabiqəsi keçirilib.
Qeyd edək ki, müsabiqə çərçivəsində şagirdlər əvvəlcədən müəyyənləşdirilmiş ədəbiyyat siyahısına uyğun olan əsərləri oxumalı, yekunda isə həmin əsərlərdən müəyyənləşdirilmiş sualları cavablandırmalı olublar.
Müsabiqənin qalibi olan məktəblilər 23 aprel - Oxu Günündə təltif olunacaqlar.