“Şuşa ili” ilə əlaqədar Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsi məktəbləri arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin şəhər mərhələsi keçirilir.
Müsabiqə rəqs, təsviri-incəsənət və dekorativ tətbiqi-sənət, dram sənəti, bədii qiraət, mahnı və xalq çalğı alətləri nominasiyaları üzrə təşkil edilir.
Tədbirlərin keçirilməsində məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıxılıq qabiliyyətlərini inkişaf etdirməkdir.