26.04.2022

M.C.Paşayevin doğum günü qeyd edilib

26 aprel yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı olan Mir Cəlal Paşayevin doğum günüdür.  Bu münasibətlə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilib.

 

Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məktəbin direktoru Nizami Rzayev və bir neçə fənn müəllimi iştirak ediblər. Əvvəlcə M.C.Paşayevin məktəbin qarşısında olan büstü önünə gül dəstələri düzülüb. Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozosiya izlənilib. Şagirdlər görkəmli ədibin müxtəlif əsərlərindən ibarət parçaları səhnələşdiriblər, şeirlər səsləndiriblər. 

 

Tədbirin sonunda GŞTİ-nin  müdiri Anar Qədiməliyev tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib. O,  şagirdlərin professor, ədəbiyyatşünas alim M.C.Paşayev barədə belə məlumatlı olmalarının, şagirdlərin səhnələşdirdikləri əsərləri belə sərbəst və məharətlə ifa etmələrinin sevindirici hal olduğunu bildiriblər. Sonda tədbir iştirakçıları ilə görkəmli ədibin büstü önündə xatirə şəkilləri çəkilib.


Açar sözlər: ,  ,