10.05.2022

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

 

Təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa”, fotostendlər qurulub, sərgi, müsabiqə və idman yarışları keçirilib.

 

Tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqımız qarşısında xidmətləri barədə fikirlər səsləndirilib. Çıxış edənlər ümummilli liderin hakimiyyətə gəlişindən sonra təhsildə apardığı islahatlar, Heydər  Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində təhsil müəssisələrində atılan addımlar, ulu öndərin Azərbaycan dilinə, mədəniyyətinə olan sevgisi barədə söhbət açıblar


Açar sözlər: ,  ,