25.05.2022

Müxtəlif yarış və müsabiqələrdə müvafiq yerlərə layiq görülən şagirdlərlə görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və müxtəlif yarış və müsabiqələrdə müvafiq yerlərə layiq görülən şagirdlərlə görüş keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  müdiri Anar Qədiməliyev, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, GDRTİ-nin əməkdaşları, bəzi ümumtəhsil məktəblərinin müəllim və direktoru və valideynlər iştirak ediblər.

 

Tədbirdə Respublika Şahmat Festivalında, Fənn olimpiada və müsabiqəsində, Lütfi Zadə adına məntiq olimpiadasında və "Könlüm keçir Qarabağdan" Respublika festival-müsabiqəsində müvafiq yerlərə layiq görülən şagirdlərə təşəkkürnamə təqdim edilib.


Açar sözlər: ,  ,  ,