Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bayraq meydanı ərazisində “Bir ovuc təbəssüm, bir dünya işıq” adlı tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri, Uşaq-Gənclər İnkişaf Mərkəzi və ümumtəhsil məktəblərinin bəziləri təqdimatlarla çıxış ediblər. Təqdimatlarda rəqslər nümayiş etdirilib, nağıllar səhnələşdirilib, şagirdlərdə bədən tərbiyə və idmana marağı artırmaq üçün müxtəlif idman yarışları təşkil edilib.