03.06.2022

"Bizi yaşadanları yaşat" adlı tədbir keçirilib

Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseydə "Bizi yaşadanları yaşat" adlı tədbir keçirilib.

 

Tədbirdə Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, ATİAHİ-nin Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

 

Tədbirdə həmçinin şagirdlərin əl işlərindən ibarət satış sərgisi təşkil edilib. Qeyd edək ki, sərgidən əldə edilən gəlir "YAŞAT" fonduna ianə ediləcəkdir.


Açar sözlər: ,  ,