04.06.2022

IV siniflərdə keçiriləcək monitorinq barədə görüş keçirilib

Goranboy rayonunda dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçiriləcək monitorinq barədə görüş keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Samux rayonu üzrə sektor müdiri Nurlana Həsənova, Goranboy rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

 

Görüşdə təhsilin icbariliyi, dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçiriləcək monitorinq, I sinfə qəbul və digər mövzular barədə danışılıb, sonda təhsil işçilərinin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,