10.06.2022

“Ekoloji Təmiz Məhsul və Aqrobiomüxtəliflik” məktəblilərin IV Respublika müsabiqəsinin zona mərhələsi keçirilib

Təhsil nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Ekoloji Təmiz Məhsul və Aqrobiomüxtəliflik” məktəblilərin IV Respublika müsabiqəsinin zona mərhələsi keçirilib.

 

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən müsabiqədə, Gəncə şəhər, Goranboy, Naftalan, Göygöl və Samux rayonlarının ümumtəhsil məktəblərində təhsil alan məktəblilər iştirak ediblər.

 

Müsabiqənin  keçirilməsində əsas məqsəd  Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etməsi və bu sahədə onların bilik və bacarıqlarını genişləndirməkdən ibarətdir.


Açar sözlər: ,  ,