Daşkəsən rayonunda 33 ümumtəhsil məktəbindən 987 nəfər şagird “Yay məktəbi”nə cəlb olunub.
“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.
Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.