08.07.2022

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Goranboy rayonunda həmin rayonun sakinlərini qəbul edəcək

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 15 iyul tarixində Goranboy rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

 

Qeyd olunan rayonun sakinləri 8-13 iyul tarixlərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi "Whatsapp" xidmətinə 050 347 87 02 (yalnız iş günləri və saatları ərzində) müraciət etməklə qəbula yazıla bilərlər.


Açar sözlər: ,  ,