Bugün Direktorların İşə Qəbulu Müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günüdür.
Şagird sayı 150-dək olan ümumtəhsil məktəbləri üçün namizədlər birbaşa müsahibə mərhələsində, şagird sayı 150-dən 500-dək olan ümumtəhsil məktəbləri üçün isə test və müsahibə mərhələsi təşkil edilib.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla ümumillikdə 45 test tapşırığı təqdim edilib.
Müsahibə mərhələsində isə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri qiymətləndirilib.