15.08.2022

Sertifikatlaşdırmaya dair daha bir görüş keçirilib

Avqustun 15-də Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı görüş keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva, Regional metodiki kabinetin müdiri Söhrab Hacıyev və ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.

 

Görüşdə sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı və müsahibə mərhələlərinin təşkili, sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsirindən danışılıb.

 

Çıxış edən Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, çərçivə sənədi və ibtidai təhsil üzrə nümunə test tapşırıqlarını izah edib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,