16.08.2022

Ixtisas seçimi ilə bağlı görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin nümayəndələri ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci tədris ilində məktəbin XI sinfini bitirmiş məzunları ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan Texnologiya Universitetinin əməkdaşları bütün ixtisas qrupları üzrə, fakültələr və tədris olunan ixtisaslar barədə məlumat veriblər.

 

Universitetdə “Abituriyentlərə Dəstək Mərkəzi”nin fəaliyyət göstərdiyi qeyd edilib. Bildirilib ki, ödənişsiz əsaslarla fəaliyyət göstərən mərkəzdə abituriyentlər müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlərə dair konsultasiyalar həyata keçirilir.

 

Görüşdə həmçinin şagirdlərə Universitet barədə ətraflı məlumat verilib, əsas hədəflər və strategiyalar haqqında söhbət aparılıb. Verilən suallar ətraflı şəkildə cavablandırılıb. Sonda universitet barədə videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,