Sentyabrın 15-də Goranboy rayon Qaraçinar kənd tam orta məktəbin əsaslı təmir edilmiş tədris binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Goranboy Naftalan Təhsil Sektorunun müdiri Xəyal Məmmədov və şəhid ailələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə məktəbin məzunları olmuş Qarabağ müharibəsi şəhidlərinin adına olan bulağın açılışında iştirak ediblər. Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, məktəb binası 480 şagird yerlikdir, ikimərtəbəli təhsil müəssisəsində 19 sinif otağı ilə yanaşı informatika kabinetləri, laboratoriyalar, müəllim otağı, elektrik otağı, həkim otağı, texniki otaq, akt zalı, idman zalı, idman otaqları, yeməkxana, qəbul otağı müəllim və şagirdlərin ixtiyarına verilib.