27.09.2022

27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

 

Ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı açıq dərslər, seminar, “Dəyirmi masa”, vebinar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri həyata keçirilib.

 

Tədbirlərdən öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirlərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edilib. Ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyi vurğulanıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğu qeyd edilib.

 

Qeyd edək ki, GDRTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Həmçinin ümumtəhsil müəssisələrində müəllim və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib.


Açar sözlər: ,  ,