Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, millət vəkili Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Azər İbrahimov, Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, gənc alim Elnur Həsənov, Şəhid ailə üzvləri, sektor müdirləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər şərəfli peşə sahiblərini bugün münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra səmərəli fəaliyyətinə görə təltif olunanlara Təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Təltif olunmuş şəxslər öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da təhsil sahəsindəki dinamik inkişafın durmadan artacağına əminliklərini ifadə ediblər.