07.10.2022

Hesabat tədbiri keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq sektorlarının hesabat tədbiri keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müdir müavini Rövşən Kərimov, sektor müdirləri və idarə əməkdaşları iştirak ediblər.

 

Hesabat tədbirində sektor müdirləri və idarə əməkdaşları müvafiq sektorların fəaliyyəti barədə hesabat təqdim ediblər.  Hesabatlar "Power point" ofis proqramı vasitəsilə statistik məlumatlar əlavə edilməklə təqdim edilib.

 

Qeyd edək ki, hesabat tədbirinin hər ayın sonu keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,