18.10.2022

Təhsil Tələbə Krediti Fondu nümayəndələri ilə görüş

Təhsil Tələbə Krediti Fondu (TTKF) nümayəndələri ilə Gəncə şəhər və Goranboy rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Təhsil Tələbə Krediti Fondunun idarə heyyətinin sədr müavini Tahir Xələfov fond barədə ətraflı məlumat verib. Daha sonra TTKF-nun əməkdaşı Ağca Məmmədova təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər barədə ətraflı məlumat verib.

 

Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,