“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimatlar”la bağlı görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdirləri, məktəb direktorları və psixoloqlar iştirak ediblər. Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb. Görüşdə həmçinin bildirilib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrinin təmin olunması məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.
Müzakirəyə çıxarılmış mövzuya dair sənədlərin məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq məqsədilə vahid qaydaların tətbiqi və şagirdlər üçün daha rahat, effektiv öyrənmə mühitinin təmin edilməsində imkanların yaradılmasına xidmət etdiyi qeyd edilib. Mövzu ətrafında maraqlı müzakirələr və praktik təcrübələrin mübadiləsi aparılıb.