8 noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə VI-IX sinif şagirdlərinin iştirakıyla "Fibanocci" intellektual yarışının final mərhələsi keçirilib.
Final mərhələsində şagirdlər Gəncə şəhər, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının hər birinindın 6 nəfərdən ibarət komandalar şəklində yarışıblar.
İntellektual yarışının nəticəsinə əsasən Samux rayon məktəblilərindən ibarət olan "Xarıbülbül" komandası I yerə, Goranboy rayon məktəblilərindən ibarət olan "Mübarizçilər" komandası II yerə, Gəncə şəhər məktəblilərindən ibarət olan "Vətən" komandası III yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan "Zəfər" komandası isə IV yerə layiq görülüb.