Goranboy rayonu üzrə təhsil sektoru və Goranboy rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş Yunan-Roma güləş növü üzrə rayonlararası turnir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirdə Goranboy rayonu üzrə təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və digər təşkilatların əməkdaşları, rəhbər şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda 6 şəhər və rayondan 150-yə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Sonda hər çəki dərəcəsi üzrə I, II və III yerləri tutmuş idmançılar diplom və medallarla təltif ediliblər.