05.11.2022

8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, şəhər ictimaiyyəti, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları 44 günlük Vətən müharibəsini və qələbəni səhnələşdiriblər. Daha sonra Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəqs nümunəsi ilə çıxış ediblər. Tədbir "Xarıbülbül" kompozisiyası ilə yekunlaşıb.


Açar sözlər: ,