14.11.2022

"Effektiv öyrənmə" mövzusunda seminar keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Metodiki Mərkəzinin əməkdaşlarının iştirakı ilə "Effektiv öyrənmə" mövzusunda seminar keçirilib.

 

Tədrisin keyfiyyəti sektorunun müdiri olan Sevinc Quliyeva tərəfindən həyata keçirilən seminarda “Effektiv öyrənmə tsiklini”, “Öyrənmə piramidası”, “İnteraktiv öyrənmə mühitinin təşkili” və digər mövzularda təqdimatlar həyata keçirilib.


Açar sözlər: ,