16.11.2022

Anar Qədiməliyev Samux rayonunda həmin rayonun sakinlərini qəbul edib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Samux rayonunda həmin rayonun sakinlərini qəbul edib.

 

İdarə müdiri vətəndaşın müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

 

Vətəndaş qəbulunda qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 

Qeyd edək ki, vətəndaş qəbulunda əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların GDRTİ-nə müraciət etmək imkanlarını artırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,