21.11.2022

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə şəhər 3 saylı körpələr evi – uşaq bağçasında Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Uşaq evinin əməkdaşları iştirak edib.

 

Tədbirin keçirilməsində əsas məqsəd uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyadılması, xoş və yaddaqalan gün təşkil edilməsi olub. Tədbirin davamında Gəncə şəhərində fəaliyyət göstərən uşaq bağçalarının və uşaq evinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.


Açar sözlər: ,