1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edərək test və müsahibə mərhələsində uğur qazanan müəllimlərə növbəli şəkildə sertifikatlarının təqdim olunmasına başlanılıb.
Sertifikatları müəllimlərə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin direktoru Turqud Mustafazadə təqdim edib.
Qeyd edək ki, müvafiq sertifikatlarının verilməsi "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək. Sertifikatlarının əldə olunması üçün müəllimlərlə növbəli şəkildə əlaqə saxlanılacaqdır.