24.11.2022

Təhsil işçiləri üçün masterclass keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə nazirliyin əməkdaşları və təhsil işçiləri üçün masterclass keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq sektorlarının hər birindən 1 nəfər olmaqla ümumillikdə 5 nəfər əməkdaş iştirak edib.

 

Türkiyədən dəvət olunmuş tibb təhsili üzrə fəlsəfə doktoru, psixoterapevt və kouç, “Pozitum” təlim və konsultasiya şirkətinin həmtəsisçisi, tanınmış təlimçi Çağlayan Aktaş təlim zamanı “Vətəndaş məmnuniyyətinin idarə olunması” mövzusunda çıxış edib. İştirakçılara müasir vətəndaşın tələbləri, vətəndaşyönümlü xidmət və xidmət prosesinin idarə olunması, insan tanıma və alternativ düşüncə yaratmaq üsulları kimi bir sıra bacarıqlar aşılanıb.

 

Müzakirə, praktiki məşğələlər və qrup işləri metodları ilə keçirilən təlimdə 200-ə yaxın təhsil işçisi iştirak edib. Tədbirin sonunda sertifikasiya mərasimi keçirilib və iştirakçılara sertifikat təqdim olunub.


Açar sözlər: ,