Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir.
Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.
Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 84 nəfər namizəd iştirak hüququ qazanıb.