Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, idarənin əməkdaşları, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, həmin sektorun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.
Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb