Azərbaycan dili və ədəbiyyat müəllimlərinin I fənn konfransı keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdirləri, məsləhətçiləri, ümumtəhsil məktəblərinin direktorları və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva konfrans materialı kimi daxil olan məqalələrin statistikasını bölüşüb daha sonra məqalə məruzəçilərinin çıxışı dinlənilib..