14.12.2022

ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə şagirdlər üçün ingilis dili dərsləri həyata keçirilir

Gəncə şəhərində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə şagirdlər üçün ingilis dili dərsləri həyata keçirilir.

 

Proqram çərçivəsində Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə görüş keçirilib.

 

Görüşdə ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, proqramın meneceri Məleykə Əlizadə, Gəncə şəhərində müəyyənləşdiirlmiş ümumtəhsil məktəblərinin direktorları və şagirdlər iştirak ediblər.

 

Görüşdə aztəminatlı icmalar üçün ingilis dili proqramı barədə məlumat verilib, proqramın davametmə müddəti və görüləcək işlər qeyd edilib.


Açar sözlər: ,