15.12.2022

Naftalan şəhərində müvafiq müsabiqələrdə yer tutan şagirdlərlə görüş keçirilib

Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində və Rus dili və ədəbiyyatı üzrə XIII olimpiada da müvafiq yerlərə layiq görülən şagirdlərlə görüşüb.

 

Görüş müddətində müsabiqədə qalib gələn şagirdlərlə söhbət aparılıb,  belə müsabiqələrin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

 

Qeyd edək ki, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səriyyə Hüseynova “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində III yerə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş “Şuşa ili” nə həsr olunan Rus dili və ədəbiyyatı üzrə XIII olimpiadada Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fatimə Nəsirullayeva isə I yerə layiq görülüb.


Açar sözlər: ,