22.12.2022

Təltif olunmuş təhsil işçiləri ilə görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan və səmərəli fəailyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisi ilə  görüş keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

İdarə müdiri təltif olunan müəllimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.        


Açar sözlər: ,