30.12.2022

Xarici dil  müəllimlərinin I fənn konfransı keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə xarici dil müəllimlərinin I fənn konfransı keçirilib.

 

Konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, sektor müdirləri, məsləhətçiləri, ümumtəhsil məktəblərinin direktorları və xarici dil müəllimləri iştirak ediblər.

 

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfrans iştirakçılarını salamlayan idarə müdiri Anar Qədiməliyev, fənn konfranslarının əhəmiyyətindən danışıb. Təhsilverənlərin müvafiq fənlər üzrə konfranslara cəlb olunmasının onların təkmilləşməsi üçün vacib olduğunu bildirib.

 

Daha sonra “Müasir şagirdin müasir təhsildən gözləntisi”, “Fənnin tədrisində şagirdlərdə funksional bacarığın artırılması”, “Şagirdlərdə fənnə marağın artırılmasında məktəbin rolu”, “Qiymətləndirmənin şagird nailiyyətlərində rolu” mövzularında təqdimatla çıxışlar həyata keçirilib.

 

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırlıb.


Açar sözlər: ,  ,