30.12.2022

2022-ci ilin yekun hesabat tədbiri keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin illik yekun hesabat tədbiri keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müvafiq sektorların əməkdaşları, məktəbəqədər və ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə idarə rəhbəri Anar Qədiməliyev çıxış edərək 2022-ci təqvim ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib.

 

Daha sonra tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva və Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov hesabat xarakterli təqdimatla çıxış ediblər.

 

Sonda 2022-ci təqvim ili ərzində səmərəli fəaliyyəti və təşəbbüskarlığı ilə fərqlənərək, üzərinə düşən öhdəlikləri yüksək peşakarlıqla və keyfiyyətlə yerinə yetirdiyinə görə bir qrup təhsil işçisi təltif olunub.


Açar sözlər: ,